!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cocuq Mərcanlı və Xızıda axtarış: 98 ədəd partlamamış hərbi sursat tapıldı

!Reklam – Yazi

ANAMA noyabrın 29-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.

Yenicag.az xəbər verir ki, gün ərzində kənddə 49 300 kv.m (4.93 ha) ərazi tam təmizlənib, 20 000 kv.m (2.00 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (cəmi: 69 300 kv.m (6.93 ha)), mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Əməliyyatlarda 56 nəfərlik şəxsi heyət iştirak edir.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları da davam edir. Noyabrın 29-da yerli sakin tərəfindən daxil olmuş zəngə əsasən, Giləzi qəsəbəsi ərazisində 1 otlaq sahəsinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 98 ədəd partlamamış hərbi sursat (PHS), 250 ədəd partlamış-yanmış mərmi qalıqları və 988 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 289 450 kv.m (28.95 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 84 gün ərzində 20 604 ədəd partlamamış hərbi sursat (PHS), 10 232 ədəd partlamış-yanmış sursat qalıqları və 73 073 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 71 934 512 kv.m (7 193 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

www.yenicag.az

3131
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv