Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Cocuq Mərcanlıda hərbi sursat tapılıb

İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində 3 ev və kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yoluna baxış keçirilib.

ANAMA-dan Yeniçağ.Az-a  verilən məlumata görə, baxış zamanı 428 ədəd qəlpə, 6 ədəd partlamış ″Qrad″ raketinin mühərrik hissəsi və 1 ədəd partlamamış hərbi sursat (93 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VL)) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 113 133 kv.m ərazi (23 033 kv.m əl ilə, 12 100 kv.m mexaniki üsulla və 78 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı ilə) yoxlanılıb.

Məlumatda həmçinin qeyd olunur ki, 18 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 29 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 6 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843) və 1 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VL)) aşkar olunaraq zərərsizləşdirilib, 241 359 kv.m ərazi (78 259 kv.m ərazi əl ilə, 85 100 kv.m ərazi mexaniki üsulla və 78 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı ilə) yoxlanılıb.

Yeniçağ.Az

 

www.yenicag.az

423