Con Kerri Rusiya hakimiyyətinə çağırış etdi

media-hightechnic-468x90

35036“Amerika Birləşmiş Ştatları Rusiya rəhbərliyini müxalifətçi Boris Nemtsovun qətlini araşdırmağa və hadisəni törədənləri tezliklə məsuliyyətə cəlb etməyə çağırıb”.

Yenicag.az apa-ya istinadən bildirir ki, bu barədə Dövlət Departamentinin yaydığı məlumatda deyilir.
ABŞ dövlət katibi Con Kerri vaxtilə Rusiyan baş nazirinin müavini olmuş B. Nemtsovun qətlindən çox təsirləndiyini və kədərləndiyini bildirib. “Boris Nemtsov həyatını demokratik, çiçəklənən, açıq Rusiyaya həsr edib. O, Birləşmiş Ştatlar da daxil olmaqla, Rusiyanın tərəfdaş və qonşu ölkələrlə güclü münasibətlər qurmasını istəyirdi. B. Nemtsov bir çox vəzifələrdə çalışıb. Bütün vəzifələrdə o, islahatlar həyata keçirən Rusiya üçün çalışıb. Nemtsovun yoxluğu Rusiyada və bütün dünyada hiss olunacaq”,- deyə Con Kerrinin müraciətində deyilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600