!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Conson Makronun "İYNƏSİNİ VURDU": "Qəzəbini aşmalıdır..."

!Reklam – Yazi

ABŞ, Böyük Britaniya və Avstraliya arasında imzalanan təhlükəsizlik müqaviləsi Fransa ilə üç dövləti qarşı-qarşıya qoyub.

Yenicag.az xəbər verir ki, anlaşmadan sonra Avstraliyanın fransız sualtı gəmilərini almaqdan imtina etməsi Parisdə “kürəyimizdən vurulduq” nidası ilə qarşılanıb.

BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedən İngiltərə Baş naziri Boris Conson Fransanın açıqlamalarına münasibət bildirib.

Boris Conson yarı fransız, yarı ingiliscə Fransa prezidenti Emmanuel Makronun qəzəbini aşmalı olduğunu bildirib.

“Demək istədiyim odur ki, dünyadakı ən dəyərli dostlarınızdan bəziləri bütün bunları anlamalı və rahatlamalıdır”, – deyə Conson əlavə edib.

www.yenicag.az

414
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv