!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

COP29: “Bu problemi həll etmək üçün təcili hərəkətə keçməliyik” – Keniya rəsmisi

!Reklam – Yazi

“İqlim dəyişikliyi bir reallıqdır. Şübhəsiz ki, iqlim dəyişikliyi artıq hər hansı bir nəzəriyyə deyil. Bu, bizim hər günümüzdə var”.

Yenicag.az xəbər verir ki, bunu “AzTV”yə xüsusi müsahibəsində Keniya prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ali Məhəmməd deyib.

O, dünyada baş verən iqlim problemləri ilə bağlı fikirlərini bölüşüb:

“Mən özüm Keniyadan gəlmişəm və Keniyada bir neçə ay öncə ən kəskin quraqlıqdan əziyyət çəkdik. Eyni zamanda, 2.5 milyon hektar ərazi təsir altında qaldı. Quraqlıqlar, daşqınlar bizim qurduğumuz infrastrukturları dağıtdı. Bu infrastruktur üçün investisiyalar qurmuşuq. Lakin təsərrüfatlar və evlər quraqlıq və daşqınlar ucbatından dağıdılıb. Digər yerlərdə isə yanğınları görürük, Karib hövzəsi adalarında və yaxınlıqda olan ərazilərdə qasırğaların şahidi oluruq.

Bütövlükdə, əlbəttə ki, çeşidli problemlərlə üzləşirik. Bu məsələlər hər kəsə təsir edir. Fərqi yoxdur, sən Azərbaycandansan, yoxsa Keniyadan. Bunlar bizim hər birimizə bərabər şəkildə təsir göstərən amillərdir. Bu baxımdan, biz də bu təcili problemi həll etmək üçün təcili hərəkətə keçməliyik”.

Rafi Müslümov

COP29

www.yenicag.az

240
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv