Çörək bahalaşacaq?

media-hightechnic-468x90

Sosial şəbəkələrdə fevral ayının 1-dən etibarən marketlərdə çörəyinin qiymətinin artımı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Yenicag.az-ın “Report”a istinadən xəbərinə görə, çörək istehsal edən tanınmış şirkətlərdən biri yeni çeşiddə məhsulu istehsala buraxacaq. Belə ki, marketlərdə 55 qəpiyə satılan 510 qramlıq zavod çörəyi ilə yanaşı, fevral ayının 1-dən etibarən yeni çəkidə, yeni qiymətə – 65 qəpiyə 620 qramlıq zavod çörəyi ikinci çeşid kimi tədarük olunacaq.

Bütün bunlar onu göstərir ki, əslində sosial şəbəkələrdə qiymət artımı barədə yayılan xəbərlər həqiqətə uyğun deyil. Söhbət yalnız yeni çeşiddə çörəyin satışa çıxarılmasından gedir.

media-ziraat-728x90

Çörək bahalaşacaq?

media-hightechnic-468x90

79970180Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev  bildirib ki, çörəyin qiymətinin artacağı ilə bağlı yayılan xəbərlər doğru deyil:

“Tarif Şurası çörəyin qiymətini tənzimləmir. Ancaq strateji məhsul olduğuna görə, çörəyin həm qiymətinə, həm də keyfiyyətinə ciddi nəzarət olunur. Çörəyin qiymətinin qalxması ilə bağlı heç bir iqtisadi əsas yoxdur. Bu məsələ gündəlikdə deyil”.

Qeyd edək ki, bir müddət öncə Qazaxıstan hökuməti un ixracını azaldacaqlarını açıqlayıb. Bu səbəbdən Azərbaycanda çörəyin qiymətinin bahalaşacağı gözlənilir. (azvision.az)

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600