!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Çörək üçün QİYMƏT HƏDDİ: Dövlət Xidmətinin belə bir səlahiyyəti varmı? – Ekspert ŞƏRHİ

Azərbaycanda un və çörəyin qiyməti üçün müəyyənləşdirilən maksimal hədd bir sıra suallar doğurub.

Yenicag.az xəbər verir ki, bu gün İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək istehsalçıları ilə birlikdə bu məhsulların qiymətlərinin yuxarı hədlərini müəyyənləşdirib.

Bu gündən etibarən, 50 kq-lıq bir kisə unun topdansatış qiyməti 35,9 manat, 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 50 qəpik, 650 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 65 qəpik olacaq.

Sözügedən qərarı Yenicag.az-a şərh edən iqtisadçı Əkrəm Həsənov bildirib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin bu və ya digər məhsul üçün qiymət müəyyənləşdirmək səlahiyyəti yoxdur:

“Açığı, mən bu qərarın hansı şərtlərlə qəbul olunduğunu bilmirəm. Onu deyə bilərəm ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin hər hansı məhsul üçün qiymət müəyyənləşdirmək səlahiyyətinə malik deyil.

Bu səlahiyyət Tarif Şurasına məxsusdur. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə adından göründüyü kimi, qiymət qoymaqla deyil, müəyyən olunmuş qiymət hədlərinin pozulmamasına nəzarət etməklə məşğul olmalıdır”.

A.Zeynalov

www.yenicag.az

260
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100