Cövdət Yılmaz: "Ehtiyatların artması inflyasiyanın azalmasına müsbət təsir göstərir"

media-hightechnic-468x90

Türkiyənin Vitse-prezidenti Cövdət Yılmaz Mərkəzi Bankın ehtiyatları ilə bağlı vacib açıqlamalar verib.

Yenicag.az xəbər verir ki, Yılmaz bildirib ki, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının ümumi ehtiyatları avqustun 8-də 174,4 milyard dollara yüksələrək bütün zamanların ən yüksək səviyyəsinə çatıb.

Yılmaz bu artımın ölkə iqtisadiyyatı üçün müsbət tərəflərini qeyd edib:

“Artan beynəlxalq ehtiyatlar ölkə risk səviyyəsinin aşağı düşməsinə, maliyyə sabitliyinin güclənməsinə və inflyasiyanın azalmasına müsbət təsir göstərir”.

O, cari kəsirin proqnozlaşdırılandan aşağı olduğunu, bunun da xarici maliyyələşməyə olan ehtiyacı azaltdığını vurğulayıb. Risk səviyyəsinin düşməsi ilə xarici kreditlərin dəyəri də ucuzlaşıb.

Cövdət Yılmaz həmçinin inflyasiya ilə bağlı proqnozları da paylaşıb:

“Texniki analizlər ilin sonunda inflyasiya səviyyəsinin Mərkəzi Bankın hədəflədiyi aralıqda (25-29%) olacağını göstərir. Bu irəliləyişlərin gözləntilərə daha çox təsir etməsi ilə inflyasiya ilə mübarizə prosesi daha da güclənəcək”.

Yılmaz sonda maliyyə sabitliyinin və inflyasiyanın azalmasının davam etdiyi bir şəraitdə davamlı böyümə və sosial rifahın artırılması üçün fəaliyyətlərini qətiyyətlə davam etdirəcəklərini bildirib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa