Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

COVID-19-a yoluxma şübhəsi olan şagirdlərlə davranış QAYDASI dəyişdi

Məktəblərdə COVID-19-a yoluxma şübhəsi olan şagirdlərin tibb müəssisəsi tərəfindən xəstəxanaya yerləşdirilməsini təmin edilməsi tələbi ləğv edilib.

Yenicag.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda əksini tapıb.

İndiyə qədər xəstəlik şübhəsi olan təhsil alanın valideyni və ya digər qanuni nümayəndəsi olmadığı təqdirdə, təhsil müəssisəsi onun dərhal COVID-19 testindən keçirilməsi üçün 103 Təcili Tibbi Yardıma müraciət etməli və tibb müəssisəsi tərəfindən təhsil alanın xəstəxanaya yerləşdirilməsi təmin edilməli idi.

Bundan sonra isə xəstəlik şübhəsi olan təhsil alanın valideyni və ya digər qanuni nümayəndəsi olmadığı təqdirdə, təhsil müəssisəsi onun dərhal COVID-19 testindən keçirilməsi üçün 103 Təcili Tibbi Yardıma müraciət etməlidir.

www.yenicag.az

154
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100