COVID-19-dan sağalanlar xəstəliyin şiddətli saç tökülməsinə səbəb olduğunu deyirlər.
“The Sun” nəşrinin yaydığı məlumata əsasən, insanlar koronavirusdan sağalandan sonra yaranan keçəlləşmədən şikayət edir.
“Saçlarımın təxminən 55 faizini itirmişəm və hər gün daha çox tökülür”, – deyən Qreys Dadli xəstəxanadan çıxdıqdan bir ay sonra bunun fərqinə varıb.
COVID-19 xəstələrinə dəstək qrupunun yaradıcısı, koronavirusdan sağalan Luiza Barns qeyd edir ki, qrup üzvlərinin üçdə birindən çoxu, özü də daxil olmaqla, qismən saç tökülmədən əziyyət çəkməyə başlayıblar.
Həkimlərin fikrincə, bu hadisə koronavirus infeksiyasının əsas simptomlarından biri – temperaturun artması ilə əlaqələndirilə bilər.
www.yenicag.az