!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çoxmərtəbəli binaların BİTMƏYƏN PROBLEMLƏRİ: "MTK-lar sakinləri incidir" - ETİRAZ

!Reklam – Yazi

“Köhnə binaları Mənzil İstismar Sahələri (MİS) idarə etmir, işləri ancaq pul yığmaqdır”.

Yenicag.az xəbər verir ki, bunu çoxmərtəbəli binalarda idarəetmənin fəaliyyətsizliyinin yaratdığı problemlərə toxunan iqtisadçı Samir Əliyev deyib.

Onun sözlərinə görə, idarəetmənin qurulmaması həyət evindən bina evinə köçən bəzi insanların çoxmərtəbəli binalarda yaşayış qaydalarına əməl etməməsinə yol açır:

“Çoxmərtəbəli binalarda yaşayış mədəniyyətinin aşağı olması heç kimə sirr deyil. O da məlumdur ki, belə binalarda hazırda idarəçilik yox səviyyəsindədir. Köhnə binaları MİS-lər idarə etmir, işləri ancaq pul yığmaqdır. Təzələrini isə MTK-lar istədikləri kimi idarə edir, sakinləri incidirlər. Ölkədə zəruri qanunvericilik bazasının olmasına rəğmən, çoxmərtəbəli binalar inersiya gücünə idarə olunur. Buna görə də bina evlərində bir sıra problemlər mövcuddur.

Məsələn, sakinlərin bəziləri əllərinə nə gəldi eyvandan yerə atırlar. Hətta zibil dolu paketləri də atmağa çəkinmirlər. Kondisionerin suyu həyəta axıdılır. Yay aylarında binaların qarşısından keçmək olmur, elə bil yağış yağır. Düşünmürlər ki, bu su zərərli olmaqla yanaşı, insanların üstünü çirkləndirir.

Həmçinin hər gün təmizlənməsinə rəğmən, liftlər infeksiya mənbəyidir. Detallara getmək istəmirəm, ancaq bəzi insanlar sanki liftlərdən qisas alır, hirsini liftin içinə tökür. Elə insanlar var ki, aspiratoru ventilyasiya sisteminə yox, su-kanalizasiya xətləri keçən sistemə qoşur, evdə bişirdikləri yeməyin iyi qonşuların evinə dolur. Digər problem isə gecə saatlarında sakitçiliyin təmin olunmamasıdır. Bəzən gecə sınmış nəyisə düzəldirlər, çəkicin səsi bütün binaya yayılır. Kimi stol-stulun üstündən tullanır, kimisi əlindəki əşyanı yerə atır. Bir sözlə, aşağı mərtəbədə yaşayan qonşunu düşünmək istəyən yoxdur. Əlbəttə, bütün bunları düzgün mənzil idarəçiliyi qurmaqla aradan qaldırmaq olar”.

Gülşən Şərif

www.yenicag.az

618
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv