!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Cristiano Ronaldo 1000 məğlubiyyətsiz oyunla dünya futbol tarixinə düşdü - CƏDVƏL

!Reklam – Yazi

Cristiano Ronaldo 1000 məğlubiyyətsiz oyunla dünya futbol tarixinə düşüb.

Yenicag.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı bunu reallaşdıran ilk futbolçu olub.

38 yaşlı hücumçu milli və klubların heyətində 776 görüşdə qələbə sevinci yaşayıb, 224 dəfə isə heç-heçəyə şahidlik edib. O, son olaraq üç gün əvvəl Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində Asiya Çempionlar Liqasının qrup mərhələsində İran təmsilçisi “Persepolis” üzərində qələbə qazandıqları (2:0) matçda meydanda olub.

Ronaldo karyerası ərzində 1182 rəsmi qarşılaşmada iştirak edib, 182 dəfə komandasının məğlubiyyətinə üzülüb.

Komandası Oynadığı illər Qələbə Heç-heçə Məğlubiyyətsiz oyun Cəmi oyun
“Sportinq” 2002-2003 13 8 21 31
“Real” 2009-2018 316 70 386 438
“Yuventus” 2018-2021 91 23 114 134
“Mançester Yunayted” 2003-2022 214 70 284 346
“Əl-Nəsr” 2023- 21 6 27 32
Portuqaliya 2003- 121 47 168 201
Cəmi 776 224 1000 1182

www.yenicag.az

256
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv