Cüdoçularımız Avropa Kuboku turnirində iştirak edəcəklər

media-hightechnic-468x90

Gənc cüdoçulardan ibarət Azərbaycan millisi İtaliyanın Liqnano şəhərində Avropa Kuboku turnirində iştirak edəcək.

Yenicag.az xəbər verir ki, mayın 20-dən 21-dək davam edəcək yarışa 29 ölkədən 496 idmançı qatılacaq.

Yığmamız birincilikdə oğlanlar arasında 6 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq.

Qeyd edək ki, komandamıza gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov rəhbərlik edəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600