!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cümhuriyyətin banilərindən Nəsib bəy Yusifbəylinin doğum günüdür

!Reklam – Yazi

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri və bir neçə dönəm baş naziri olmuş Nəsib bəy Yusifbəylinin anadan olmasının 140-cı ildönümdür.

Yenicag.az xəbər verir ki, Nəsib bəy Yusifbəyli 1881-ci il iyulun 5-də Gəncədə doğulub.

Gənc yaşlarından ictimai-siyasi fəaliyyətə başlayan Nəsib bəy bir müddət Bağçasarayda İsmayıl Qaspıralının əsasını qoyduğu “Tərcüman” qəzeti ilə əməkdaşlıq edir. Daha sonra İsmayıl Qaspıralının qızı Şəfiqə xanımla ailə quraraq İstanbula gedir.

1909-cu ildə Bakıya dönən Nəsib bəy Yusifbəyli siyasi fəaliyyətini daha da aktivləşdirir və 1917-ci ilin martında Gəncədə Türk-Ədəmi Mərkəziyyət Partiyasını yaradır. Bu siyasi təşkilat daha sonra Məhəmməd Əmin Rəsulzadənin lideri olduğu Müsavat Partiyası ilə birləşir.

1918-ci ildə Cümhuriyyət qurulduqdan sonra müxtəlif hökumət kabinələrində daxili işlər, maarif və dini etiqad, maarif, maliyyə naziri və baş nazir postlarını tutub.

Cümhuriyyətin ən önəmli fiqurlarından biri olan Nəsib bəy Yusifbəyli bolşevik Rusiyasının 1920-cil 27 aprel işğalından sonra Gəncəyə gedərkən yolda qətlə yetirilib.

www.yenicag.az

654
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv