Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dağıstanda olan daha 400 azərbaycanlı vətənə qayıtdı

Koronavirus pandemiyası səbəbindən bağlanan Rusiya-Azərbaycan sərhədində təşkil olunan dəhlizdən sentyabrın 8-i daha 400 Azərbaycan vətəndaşı evlərinə qayıdıb.

Yenicag.az xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Dərbənd Rayon Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Dağıstanın Dərbənd və Məhərrəmkənd rayonlarının sərhədindəki Kullar kəndi yaxınlığında evlərinə vaxtında gedə bilməyən Azərbaycan vətəndaşları üçün Rusiyanın Fövqəladə Hallar Nazirliyi müvəqqəti yaşayış mərkəzi təşkil edib. Düşərgədəki Azərbaycan vətəndaşları hər həftə mütəşəkkil qruplar halında evlərinə göndərilir.

Məlumata görə, vətənlərinə qayıdmaq istəyən Azərbaycan vətəndaşları əvvəlki qədər çox olmasa da, hələ də bölgəyə gəlirlər.

Daha əvvəl bir qrup Azərbaycan vətəndaşı sentyabrın 1-də sərhəddən evlərinə yola salınıb.

www.yenicag.az

219