!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha 3 restoranda nöqsanlar aşkarlandı - SİYAHI

!Reklam – Yazi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan Yenicag.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il avqustun 19-də ölkə üzrə 269 ictimai iaşə obyektində 449 monitorinq keçirilib. Monitorinqlər zamanı 3 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nəsimi rayonu, Behbudov 40 ünvanında yerləşən, fiziki şəxs Yusifova Fidan Şahin qızına məxsus “Gastrobar” kafesi;

2. Bakı şəhəri, Səbail rayonu, Fəvvarələr meydanında ‎yerləşən, fiziki şəxs Xəlilov Gülabi Vaqif oğluna məxsus “Palma” kafesi;

3. Kürdəmir rayonu, Qaraqocalı kəndində yerləşən, fiziki şəxs Sədiyev Əfqan Abdulla oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

www.yenicag.az

435
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv