Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Daha bir nazir istefa verdi

731b0f777cbd7c15b4047ce7a8e16982Gürcüstanın idman və gənclər naziri Levan Kipiani bu gün baş nazirə istefa ərizəsi təqdim edəcəyini bildirib.

Bu barədə nazirin özü jurnalistlərə açıqlamasında bildirib.

“İstefa haqqında ərizəm hazırdır. Baş nazirə müraciət edəcəyəm. Mən baş nazirə və Bidzina İvanişviliyə əməkdaşlıq üçün təşəkkürümü bildirirəm”, – deyə o qeyd edib.

Nazir idman sahəsində fəaliyyət göstərmək niyyətində olduğunu deyib. L. Kipiani parlament üzvlərinin ona qarşı irəli sürdükləri bütün ittihamları rədd edib.

Qeyd edək ki, deputatlar ölkədə idmanın inkişafının ləng getdiyini bildiriblər.

Xatırladaq ki, həftə ərzində Gürcüstanda iki nazir istefa verib. Bunlar regional inkişaf naziri David Şavliaşvili və ətraf mühitinin mühafizəsi naziri Elqudja Xokrişvilidir.

www.yenicag.az


Paylaşılan Hostinq

1.49 ₼ -dan başlayan qiymətlərlə

* 5GB Disk Həcmi

* Limitsiz Trafik

* 1 Hesabdakı saytlar

* 5 Subdomen

* 10 E-poçt

Daha ətraflı məlumat üçün: https://hostimul.com/hostinq-almaq

276