!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha bir ölkə turistlərə sərhədlərini açır

!Reklam – Yazi

Tayland hakimiyyəti koronavirus əleyhinə peyvənd edilən xarici turistlərin 1-30 noyabr tarixlərində Banqkoka və ölkənin digər 9 əyalətinə daxil olmasına icazə verməyi planlaşdırır.

Müsafirlərə əyalətlərin yalnız xüsusi olaraq təyin edilmiş “turizm zonaları” açıq olacaq.

Dekabrın 1-dən dekabrın 31-dək isə daha 20 əyalətə gəlməyə icazə verilməsi nəzərdə tutulur.

Sentyabrın 29-dan etibarən ölkənin əksar hissələrində tətbiq edilən bəzi məhdudiyyətlər götürüləcək. Tədricən burada spa, kinoteatr, idman meydançaları, biznes mərkəzləri və əyləncə obyektlərinin fəaliyyətinə icazə veriləcək.

Bundan əlavə, oktyabrın 1-dən Taylanda daxil olanların hamısı üçün məcburi karantin müddəti azaldılaraq – peyvənd edilmiş turistlər üçün yeddi gün və peyvənd edilməyən turistlər üçün 10 gün təşkil edəcək.

www.yenicag.az

441
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv