Kripto-turizm: Səyahətlərdə inqilab

media-hightechnic-468x90

Beynəlxalq turizm sektoru dönüş mərhələsi yaşayır: getdikcə daha çox istifadəçi səyahət ödənişlərini kriptovalyuta ilə həyata keçirməyə üstünlük verir. Onlayn rezervasiya platformaları rəqəmsal valyutalarla aparılan əməliyyatların davamlı artımını qeydə alır ki, bu da ənənəvi bank və ödəniş sistemlərinin məhdudiyyətlərindən asılı olmayan yeni auditoriya seqmentinin, “kripto-səyahətçilərin” formalaşdığını göstərir.

Bu adlandırılan “kripto-səyahətçilər” yüksək alıcılıq qabiliyyəti və çevikliyi ilə seçilirlər. Onlar səyahətləri adətən daha spontan şəkildə, uçuş tarixlərinə yaxın müddətdə bron edirlər və onların səyahətlərinin orta müddəti ənənəvi turistlərlə müqayisədə daha uzun olur.

Eyni zamanda, xaricə səyahətlərin ümumi sayında da artım müşahidə olunur. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-aprel aylarında ölkəni 632,7 min vətəndaş tərk edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% çoxdur. Xüsusilə İrana olan turist axınında 25,9%, Gürcüstana isə 20,4% artım qeydə alınıb. Eyni zamanda, Türkiyəyə edilən səfərlərin sayı 6,3%, Rusiya Federasiyasına isə 26,4% azalıb. Bu tendensiyalar təkcə beynəlxalq mobilliyin bərpasından deyil, həm də rəqəmsal iqtisadiyyat şəraitində səyahətlərin təşkili üsullarının yenidən dəyərləndirilməsindən xəbər verir.

Kripto-səyahət bazarının inkişafı necə baş verdi?

Vaxtı ilə bitkoinlə edilən ən ekzotik alış-veriş pizza idi. Lakin 2025-ci ildə bu artıq tam bir “furşet masasıdır”. Yalnız gündəlik məhsulları deyil, həm də 3 milyondan çox otel, aviauçuş və tədbiri əhatə edən seçim imkanı təqdim edən bir sistemə çevrilib. Bütün bunlar kriptovalyuta ilə, məsələn, “Binance Pay” ilə əməkdaşlıq edən səyahət rezervasiya platformaları vasitəsilə həyata keçirilir.

Dünyada yüz milyonlarla insan rəqəmsal aktivlərdən ödəniş və yığım vasitəsi kimi istifadə edir və kripto-turizm sektoru sürətlə böyüyür. Təkcə 2024-cü ildə kriptovalyuta ilə 80 milyon ABŞ dolları dəyərində səyahət bron edilib ki, bu da 2023-cü illə müqayisədə 80% çoxdur.

Bu gün hər kəs, sadəcə smartfona malik olmaqla, kripto-səyahətçi ola bilər, komissiyasız və əlavə prosedurlar olmadan. Turizm sənayesi üçün bu cür müştərilər daha cəlbedicidir: daha çox xərcləyirlər, lüks otellərə üstünlük verirlər və ənənəvi turistlərə nisbətən daha uzun müddət qalırlar. Çox vaxt bunlar ya rəqəmsal aktiv sahibləri, ya da uzaqdan işləyən, sərbəst səyahət edə bilən şəxslər olur.

Kripto-səyahətlər haqqında bir neçə fakt

Müştəri dəyəri 3 dəfə yüksəkdir: Kripto ilə ödəniş edən müştərilər səyahətləri daha tez-tez bron edir və daha uzun müddət qalırlar. Ən populyar istiqamətlər: Dubay, Banqkok və London kripto ilə bronlara görə lider şəhərlərdir; BƏƏ, ABŞ və Tailand isə ümumi xərclərə görə ilk üçlükdədir. 2025-ci ilin əvvəlinə qədər dünyada kriptovalyuta sahibinin təxmini sayı 560 milyon nəfərdir (“Triple-A” məlumatına əsasən). Bu insanların çoxu fəal şəkildə səyahət edir.

Kriptovalyuta iş başında

Karib adaları və Meksika: Yukatan yarımadasını üçüncü tərəflərin komissiyası olmadan ziyarət edin. Uçuşlar, otellər və ekskursiyalar kriptovalyuta cüzdanı vasitəsilə bron edilir. İsla-Muxeresə bərə səyahətlərindən tutmuş Çiçen-İtsa kimi məşhur tarixi yerlərə qədər bütün marşrutlar kripto ilə ödənilə bilər.

Bəhreyn: Artıq kriptovalyuta ilə ev almaq reallıqdır. Bəhreynin ən iri inşaat şirkətlərindən biri olan Bin Faqeeh rəsmi şəkildə kripto-ödənişləri qəbul edir, bu da daşınmaz əmlak sahəsində yeni bir dövr açır.

Fransa: Moda həvəskarları “Binance Pay” və “Printemps” ilə tərəfdaşlıq sayəsində yüksək dəbli butiklərdə alış-verişlərini kriptovalyuta ilə edə bilərlər. Bundan sonra isə növbəti uçuşu və ya oteli də eyni üsulla — kripto ilə bron etmək mümkündür.

Kripto-səyahətlər niyə populyarlaşır?

Üstünlüklər aydındır: ani ödənişlər, valyutanın kovertasiyası ilə bağlı heç bir problem yoxdur, həm fiziki, həm də maliyyə baxımından “yüngül” səyahətlər mümkündür. Kripto-səyahətçilər Dubay və Banqkok kimi qlobal mərkəzlərə, eləcə də Barselona, Berlin və Mexiko kimi rəqəmsal köçərilərin şəhərlərinə üstünlük verirlər.

Tək səyahət edənlər və məsafədən işləyənlər üçün yeni azadlıq. Onlar artıq ənənəvi bank sisteminin çətin işlədiyi ölkələrdə belə aviabiletləri, ekskursiyaları və yaşayış yerlərini kriptovalyuta ilə asanlıqla bron edə bilirlər.

Hətta gündəlik xidmətlər də kriptovalyuta ilə əlçatan olur: məsələn, Bəhreyndə saç kəsimini belə rəqəmsal aktivlərlə ödəmək mümkündür.

Yeni təhlükəsizlik texnologiyaları səyahətçilərə büdcələrini risksiz şəkildə idarə etməyə kömək edir: nağd pul əvəzinə – biometrik identifikasiya və xərcləmə limitləri tətbiq olunur ki, bu da oğurluq və gözlənilməz xərclərdən qoruyur.

Kripto-səyahətçilər artıq dar bir auditoriya deyil onlar qlobal turizm sənayesinin gələcəyini formalaşdırırlar: daha çox xərcləyirlər, daha uzun müddət səyahət edirlər və kriptovalyuta ilə ödənişlərin populyarlaşmasına təkan verirlər.

Bankomat axtarışlarının, valyuta dəyişmə zamanı artıq ödənişlərin və gizli komissiyaların dövrü artıq geridə qaldı. Sərhədsiz səyahətlər dövrünə xoş gəlmisiniz: cüzdan rəqəmsaldır, dünya qloballaşmışdır və yeganə məhdudiyyət sizin macəra həvəsinizdir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600