Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Daha bir ölkədə "Sarı jiletli”lərin etiraz aksiyası başladı - VİDEO

Fransadan sonra daha bir ölkə də “Sarı jiletlilər”in etiraz aksiyası başlayıb.

Yenicag.az xəbər verir ki, Parisdə başlayan etiraz aksiyaları Belçikaya da sıçrayıb.

Etirazçılar Brüsseldə Avropa Birliyinin binasına doğru irəliləməyə başlayıblar.

Küçələrə çıxan xalq paytaxtdan Fransaya gedən “E-40” avtomobil yolunu tikanlı məftillərlə sərhəd çəkərək bağlayıblar.

“Sarı jiletlilər”in etiraz aksiyası başlamadan əvvəl 50 etirazçı saxlanılıb.

Qeyd edək ki, bu gün Fransada aksiyalarda 31 min nəfər iştirak edir. Polis “Sarı jiletlilər“i gözyaşardıcı qazlardan istifadə edərək yatırmağa çalışır. Bütün ölkə üzrə 89 min, Paris üzrə 8 min asayiş keşikçisi səfərbər olub. Bu saatlara qədər 700-dən çox nümayiş iştirakçısı saxlanılıb.

Xatrıladaq ki, etiraz aksiyaları noyabrın 17-dən verginin artırılmasına qarşı başlayıb. Aksiyalarda əsas tələb Fransa Prezidenti Emmanuel Makronun istefasıdır.

www.yenicag.az

1716
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100