Daha bir ölümcül xəstəlik
KOAH (Ağciyərlərin Xroniki Obstruktiv xəstəliyi) ən sıx rastlanan ölüm səbəbləri arasında dördüncü sırada yer alır. Əsasən 40 yaş üzrə hər 5 nəfərdən birində rastlanan KOAH-ın təhlükəli olduğu bildirilir.Məlumata görə, dünyada təxminən 600 milyon KOAH xəstəsi var. Hər 10 xəstədən 9-u xəstəliyindən xəbərdar deyil.Siqarət çəkən insanlarda görülmə riski 30 qat daha çoxdur.İnsanların nəfəs darlığı, öskürək, bəlğəm kimi şikayətləri varsa, mütləq ağciyər xəstəlikləri üzrə mütəxəssisə baş çəkməlidir. Hər xəstəlikdə olduğu kimi KOAH-da da erkən diaqnoz həyatı xilas edir. KOAH xroniki bronxit və amfizem kimi iki xəstəliyi özündə ehtiva edir. KOAH həyat keyfiyyətini korlayan, iş qabiliyyətini əlindən alan və insanı zamanla heç öz ehtiyacını qarşılamaz hala gətirib, möhtac vəziyyətdə qoyan bir xəstəlikdir.KOAH-ın yaranmasının ən əsas risk faktorları arasında tütün istifadəsi, evlərdə istifadə olunan odun, təzək kimi yanacaqlardan çıxan duman, ev içi hava kirliliyi, fərqli zərərli qazlara məruz qalmaqdır.KOAH-ın başlıca səbəblərdən biri siqaretdir. Həkimlər “Siqaretin pipo və pupa istifadəsi də KOAH-a yol açır. Siqaretə erkən yaşda başlamaq və uzun müddət davam etmək KOAH-ın ən ağır dərəcəsinə səbəb olur”, – deyə xəbərdarlıq edirlər.KOAH-ın erkən diaqnozu vacibdir. İlk əvvəl xəstənin tənəffüs yolu şikayətləri dəyərləndirilir və ağciyər qrafikası kimi müayinə həyata keçirilir. Başlıca əlamətləri öskürək, səhərlər gələn bəlğəm və eforla gələn nəfəs darlığıdır. Ancaq gec diaqnozun səbəbi siqret çəkənlərin öskürək və bəlğəmi “normal” qarşılamasıdır. Halbuki “normal” öskürək və bəlğəm olmur. Əgər müalicə olunub siqaret tərgidilərsə, illik ağciyər funkiyasının itkisi azalacaq. (ailem.az)