!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha bir yol açıldı

!Reklam – Yazi

esas sekil 91837Bakıda Ş.Mehdiyev küçəsinin bağlı olan hissəsi açılıb.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, I Avropa Oyunları öncəsi nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə aparılan təmir-tikinti işləri çərçivəsində bağlı olan Akademik Şəfayət Mehdiyev küçəsinin Əbdürrəhim bəy Haqverdiyev küçəsilə kəsişməsindən General Akim Abbasov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində işlər artıq yekunlaşıb. Bu gündən küçənin bu hissəsində nəqliyyatın hərəkəti tam bərpa olunub.

Qeyd edək ki, təmir olunmuş hissənin uzunluğu 510 metr, eni isə 18 metrdir. Ümumilikdə sözügedən ərazinin 10 min kvadrat metr sahəsinə yeni asfalt beton örtüyü döşənib. Bundan başqa yol boyu kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, yağış barmaqlıqları yenilənib, səth sularının normal kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub. Təmir olunmamış hissə də daxil olmaqla küçəyə 3 min paqon-metr səki daşı düzülüb.

Küçənin digər hissəsi, yəni Akim Abbasov küçəsinin kəsişməsindən Tbilisi prospektinin kəsişməsinədək olan hissəsində hələlik hissə-hissə nəqliyyat vasitələrinin hərəkəti mahdudlaşdırılır. Bu ərazidə yeni asfal-beton örtüyünün döşənməsi işlərinə start verildikdə sözügedən hissə tam olaraq bağlanacaq. Qeyd edək ki, bu hissənin uzunluğu 1200 metr, eni 18 metrdir. Anoloji işlər bu ərazidə də həyata keçiriləcək.

Akademik Şəfayət Mehdiyev küçəsinin ümumi uzunluğu 1700 metrdir. Ümumilikdə küçə boyu 30 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənəcək.

www.yenicag.az

564
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv