Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Daha iki kanalın yayımı dayandırılır

Milli Televiziya və Radio Şurasının (MTRŞ) videoformatda iclası keçirilib.

MTRŞ-dan Yenicag.az-a bildirilib ki, iclasda 1-10 avqust 2020-ci il tarixlərində ümum-ölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.

4 avqust 2020-ci il tarixdə “Lider” televiziya kanalının efirində saat 20.00 – 21.00 arası müddətdə 17 dəqiqə 25 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Lider” televiziya kanalının efirində 22 avqust 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Həmçinin, 10 avqust 2020-ci il tarixdə “ATV” televiziya kanalının efirində saat 16.00 – 17.00 arası müddətdə 15 dəqiqə 46 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “ATV” televiziya kanalının efirində 20 avqust 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

www.yenicag.az

229