!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dalana dirənən Rusiya hücumu: “Neçə dəfə konkret müddət göstərsələr də...”

!Reklam – Yazi

“Ancaq məqsədlərinə nail olmadıqda həmin tarixləri dəyişməyə məcbur olublar”.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın davamlı hücum cəhdlərinin uğursuzluğa düçar olduğunu vurğulayan Ukrayna Quru Qoşunkarının komandanı general-polkovnik Aleksandr Sırski deyib.

Generalın sözlərinə görə, Rusiya komandanlığının qarşıya qoyduğu məqsədə nail olması mümkün deyil:

“Düşmən bir neçə istiqamətdə hücumları davam etdirməyə çalışır. Bunun üçün onun resursları kifayət qədərdir. Lakin işğalçı ordunun qış hücum kampaniyası onların istədiyi kimi getmir.

Hətta deyərdim ki, Rusiya ordusunun qış hücumları ciddi uğursuzluğa düçar olub. Onlarla bu və ya digər şəhərin tutulacağına və ya irəliləyəcəklərinə dair dəfələrlə konkret müddət göstərsələr də, nəticə planları boşa çıxıb.

Ancaq məqsədlərinə nail olmadıqda həmin tarixləri dəyişməyə məcbur olublar. Düşmənin indiki hücumları da iflasa uğrayıb”.

COP29

www.yenicag.az

418
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv