!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin qanunsuz əməli ifşa edilib

!Reklam – Yazi

ifrf

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi məhkməyə verilib.

Bu barədə SalamNews-a məlumat verən vəkil Vamiq Şükürov bildirib ki, vətəndaş onun valideynlərinə (ata və anası) məxsus olan bağ sahələrini onun adına rəsmiləşdirməyən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsindən şikayətçi olub: “Bundan sonra biz vətəndaşın hüququnu bərpa etmək, onun bağ sahələrinin üzərində mülkiyyət hüququnu təsdiq edən sənədini almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etdik. Qurum müraciətimizə birmənalı cavab vermədi, sadəcə qanunda göstərilən sənədləri təqdim etməli olduğumuzu və yalnız bundan sonra sənədlərə baxılacağını açıqladı. Təbii ki, biz qanunda nəzərdə tutulan bütün sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə təqdim etmişdik, sadəcə qurum bizə çıxarış (kupça) verməkdən yayınırdı”.

 

Onun sözlərinə görə, bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi məhkəməyə verilib: “Məhkəmə zamanı müəyyən oldu ki, vətəndaş kupçasını almaq üçün, idarəyə sənədlərin əslini deyil, surətlərini təqdim edib. Hakim bizə tövsiyyə etdi ki, vətəndaş sənədlərin əslini idarəyə təqdim etmədiyi üçün idarə düz hərəkət edib, ona görə sənədlərin əsli ilə birgə idarəyə yenidən müraciət edək, yenə də rədd cavabı verilərsə, məhkəməyə şikayət edərik. Bu isə vətəndaşın hüquqlarının pozulması demək idi. Çünki vətəndaş yenidən müraciət etməli, bundan sonra dövlət qurumu isə yenidən bir aya cavab verməli idi. Əgər müsbət cavab verilməsəydi, onda yenidən aylarla problem davam edəcəkdi”.

Vəkil bildirib ki, bu vəziyyətdə o ani qərar qəbul edərək və belə bir qənaətə gəlib ki, dövlət orqanı bu məsələdə qanunsuz iş görüb:

“Çünki vətəndaşların sənədlərinin qəbulu ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi qaydada göstərilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti vətəndaşdan sənədlərin surətini deyil, məhz əslini almalıdır. Bu hadisədə isə dövlət orqanı vətəndaşdan bilərəkdən sənədlərin surətini alıb ki, sonradan əsas gətirsin ki, vətəndaş surət təqdim etdiyi üçün ona çıxarış verilmir. Mən bu məsələdə sübut etdim ki, qaydalara görə, dövlət orqanının borcu idi ki, sənədlərin əslini alsın, lazım olan bütün izahları versin və yalnız vətəndaş sənədlərin əslini verməkdən imtina etdiyi təqdirdə ona yazılı şəkildə imtina ilə bağlı bildiriş təqdim etsin.

Dövlət orqanı isə vətəndaşa belə bir bildiriş verməkdən imtina etmişdi. Mən bu məsələni məhkəmədə birmənalı olaraq müdafiə etdim, hakimə sübutları təqdim etdim və hakim isə sonda dövlət orqanının qanunsuz iş gödüyünü müəyyən etdi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinin üzərinə vətəndaşa kupça vermək öhdəliyi qoydu. Beləcə vətəndaş bağ sahələrinə dair çıxarış aldı.”

www.yenicag.az

784
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv