Daşkəsəndə mərkəzi küçədən sel keçdi

media-hightechnic-468x90

Daşkəsən rayonu ərazisində güclü dolu və leysan yağışları yağıb.

Yenicag.az xəbər verir ki, intensiv leysan yağışları və dolu rayonun bir neçə kəndində yollara, fərdi yaşayış evlərinə, təsərrüfatlara ciddi ziyan vurub.

Daşkəsən şəhərinin mərkəzi küçəsindən güclü sel keçib. Kənd ərazilərində dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən bəzi yollarda nəqliyyatın hərəkəti dayanıb.

Hazırda dəymiş ziyanların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600