Davudoğlu Barzani ilə PKK məsələsindən danışdı

media-hightechnic-468x90

29728Türkiyənin baş naziri Əhməd Davudoğlu İraq Kürdüstanının başçısı Məsud Bərzani ilə telefon danışığı aparıb.

media-banner_tuq

Yenicag.az avropa.info-ya istinadən  xəbər verir ki, iki siyasətçi arasında olan söhbətin mövzusu İŞİD, PKK və DHKP-C olub. Davudoğlu Bərzaniyə deyib ki, Türkiyə PKK terroru təhlükəsinin qarşısını almaq üçün əlindən gələn hər şeyi edəcək. Bununla belə regionda stabilliyi qorumaq naminə regional tərəfdaşları ilə dostluq münasibətlərini davam etdirəcək. Türkiyə İraq Kürdüstanına öz təhlükəsizliyi baxımından çox önəm verir.

Eyni zamanda Bərzani qeyd edib ki, Türkiyənin terror təşkilatları ilə apardığı qətiyyətli mövqeyi dəstəkləyir və diqqətlə izləyir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05