Davudoğlundan seçki açıqlaması: “Hər kəs öz hesabını bilməlidir”

media-hightechnic-468x90

download (6)“Kimsə seçkilərdə uduzmasından zəfər düzəltməyə çalışmasın. Hər kəs öz hesabını bilməlidir”. Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Baş naziri Əhməd Davudoğlu seçkilərdə rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) məğlub olmadığını bəyan edib və rəqib partiyalara səslənib.

Ə.Davudoğlu AKP-nin 13 illik fəaliyyətindəki çətinliklərdən söz açıb və qeyd edib ki, hər cür maneə ilə qarşılaşdıq: “Partiyamızı bağlamağa çalışdılar. Amma biz həmişə, “Milli iradə” dedik, həmişə, “Milli iradə” deməyə davam edəcəyik”.

Davudoğlu rəqiblərinə üz tutaraq bildirib ki, sevinməyə tələsməsinlər: “Kimsə uduzduğu seçkidən özünü qalib kimi təqdim etməsin. Hamı öz hesabını bilməlidir. AKP 76 bölgədə millət vəkili çıxardı, 56 bölgədə birinci oldu. Bu bizim mübarizəmizin xülasəsidir. AKP olaraq dövlətin varlığı və rifahı, vətənin dincliyi üçün növbə tutduq, bundan sonra da tutmağa davam edəcəyik. Millətimiz rahat olmalıdır. 12-13 ilin imtahanlarından çətin dönəmlərdən keçmiş AKP üzvləri bu ölkədə sabitliyə, dincliyə zərər verilməsinə əsla icazə verməyəcək. Bu millətin gələcəyinin təminatı olmağa davam edəcək”.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600