Davudoğlunun Bərzani ilə görüşü
Türkiyənin baş naziri Əhməd Davudoğlu İraq səfəri çərçivəsində Ərbilə gələrək İraq Kürd Muxtariyyətinin baş naziri Neçirvan Bərzani ilə görüşüb.
Davudoğlu daha sonra İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani ilə də görüşüb. Siyasilərin birgə keçirdiyi mətbuat konfransı zamanı isə kürd dilinə tərcümə problemi yaşanıb. Mətbuat konfransında bir kürd jurnalist Davudoğluna peşmərgələrin hazırlığı və Ayn Əl-Ərəbə (Kobaniyə) göndərilən qüvvələrlə əlaqədar sual verib. Tərcüməçinin sualı səhvən kürd dilinə tərcümə etməsi Davudoğlu və salonda olanların gülüşünə səbəb olub. Tərcüməçinin işinə müdaxilə edən Davudoğlu tərcüməçiyə deyib: “Sən türk dilinə çevirməlisən. Mən bir az kürd dilini anlayıram”.
Görüşdən sonra nümayəndə heyətlərinin işgüzar naharı olub.
(deyerler.org)