!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daxili seçkilərdə məğlublar G7-də toplanır: Makron hökuməti itirmək təhlükəsi ilə üz-üzə – Baydeni Trampla çətin mübarizə gözləyir

!Reklam – Yazi

Daxili seçkilərdə məğlublar G7-də toplanıb. Çünki Co Baydeni Donald Trampla çətin mübarizə gözləyir, Emmanuel Makron parlamenti və hökuməti ifrat sağa qarşı itirə bilər, Olaf Şolz isə ifrat sağa biabırçı məğlub olaraq daxili təzyiqlə üz-üzədir.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “The New York Times” nəşri məlumat yayıb.

Qəzet yazır ki, Yaponiya baş naziri Fumio Kişida da öz partiyası tərəfindən ciddi təzyiq altındadır.

“Corciya Meloni qalib gələn yeganə siyasətçidir və o indi bütün məğlubları bir araya toplayıb. Rişi Sunak da bir neçə həftədən sonra hakimiyyəti sola təhvil verə bilər. Bu arada, ana müxalifət qarşısında məğlub olan Rəcəb Tayyip Ərdoğan da İtaliyanın Adriatik sahilində qonaq olacaq”, – deyə yazıda bildirilib.

“Narendra Modi Hindistandakı qalib gəlsə də, çoxluğu itirərək, G7 sammitində iştirak edəcək. Beləliklə, bu dəfə G7 görüşü öz xalqları tərəfindən cəzalandırılan liderlərin görüşü kimi tarixə keçəcək”. – deyə məlumatda qeyd olunub.

Rafi Müslümov

COP29

www.yenicag.az

140
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv