Dayısı və arvadını öldürənə ağır cəza verildi

media-hightechnic-468x90

Gəncə şəhərində iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Rəşad Abbasovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Bəhruz Müslümovun sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən, o, 19 il müddətə azadlıqdan məhrum edilib. Rəşad Abbasov cəzasının 3 ilini həbsxanada qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə 2021-ci ilin noyabr ayında baş verib.

İttihama görə, Rəşad Abbasov şəxsi münasibətlər zəmnində dayısı Elyar Hüseynovu və onun həyat yoldaşı Ulduz Hüseynovanı qətlə yetirib.

R. Abbasova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 29,120.2.4, 29.120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa