!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

DÇ-2018: Argentina da növbəti mərhələdə

!Reklam – Yazi

Rusiyada keçirilən dünya çempionatı davam edir.

Yenicag.az xəbər verir ki, bu gün C və D qrupunun oyunlarına yekun vurulub.

İki oyundan sonra aktivində 6 xal olan Fransa Danimarka ilə üz-üzə gəlib. 4 xalı olan Danimarkaya Fransa ilə birlikdə 1/8 finala adlamaq üçün bir xal da sərf edirdi. Sözügedən komandalar məhz qolsuz heç-heçəyə razılaşmaqla, pley-offa yüksəliblər. Qrupun digər oyununda isə Avstraliya ilə Peru qarşılaşıb. Peru futbolçuları bu görüşdə inamlı qələbə qazanıblar.

Əsas diqqətlər D qrupuna yönəlib. Burada Nigeriya Argentina, İslandiya isə Xorvatiya ilə qarşılaşıb. Xorvatlar pley-offa yüksəldiyindən bu görüş İslandiya üçün daha əhəmiyyətli idi. İslandiya qrupdan çıxmaq üçün mütləq qələbə qazanmalıydı. Eləcə də Messinin kapitan olduğu Argentina millisi 1/8-ə yüksəlmək üçün mütləq Nigeriyaya qalib gəlməli və islandların Xorvatiya ilə oyunda xal itirməsinə ümid etməliydi. Argentina və Xorvatiya bu görüşlərdə eyni hesabla (2:1) qalib gəlib. Bu isə Xorvatiya ilə yanaşı, Argentinanı növbəti mərhələyə daşıyıb.

DÇ-2018
26 iyun

C qrupu

18:00. Danimarka – Fransa 0:0
Baş hakim: Sandro Riççi (Braziliya)
Moskva, “Lujniki” stadionu

18:00. Avstraliya – Peru 0:2
Qollar: A.Karrilyo, 18. P.Gerrero, 50.
Baş hakim: Sergey Karasyov (Rusiya)
Soçi, “Fişt” stadionu

D qrupu

22:00. Nigeriya – Argentina 1:2
Qollar: V.Mozes, 51-pen. – L.Messi, 14. M.Roxo, 86.
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Sankt Peterburq, “Sankt-Peterburq” stadionu

22:00. İslandiya – Xorvatiya 1:2
Qol: G.Siqurdsson, 76-pen. – M.Badel, 53. İ.Perişiç, 90.
Baş hakim: Antonio Matyö Lahoz (İspaniya)
Rostov-Don, “Rostov Arena”

www.yenicag.az

2655
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv