DÇ-2026-da İran-İtaliya qalmaqalı: Vaşinqtondan təkzib, Romadan sərt reaksiya

media-hightechnic-468x90

ABŞ rəsmisinin İranın yerinə İtaliyanın DÇ-2026-ya aparılması təklifi beynəlxalq qalmaqala səbəb olub.

media-banner_tuq

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın nümayəndəsi Paolo Zampollinin İran millisinin turnirdən kənarlaşdırılaraq yerinə İtaliyanın daxil edilməsi təklifi rəsmi Roma tərəfindən sərt qarşılanıb.

İtaliyanın Gənclər və İdman naziri Andrea Abodi təklifi “uyğunsuz” adlandırıb: “İtaliyanın turnirə bu yolla qatılması qeyri-mümkündür. Dünya Çempionatına meydanda haqq qazanaraq gedərlər,” – deyə nazir bildirib.

media-abdnin-dunya-kupasina-iran-yerine-italya-gitsin-cikisi-krize-donustu-italyadan-sert-t-1786240_202604241202_20260424120253_2

Məsələyə münasibət bildirən ABŞ-ın dövlət katibi Marko Rubio isə iddiaları təkzib edib. O vurğulayıb ki, Vaşinqton iranlı idmançıların ölkəyə girişinə mane olmayacaq, məhdudiyyətlər yalnız SEPAH ilə əlaqəli şəxslərə şamil edilə bilər.

Xatırladaq ki, İtaliya millisi ardıcıl üçüncü dəfə Dünya Çempionatına vəsiqə qazana bilməyib.

Məsimə Məmmədova

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05