!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

DƏHŞƏT: Ana bir yaşlı körpəsini zəhərləyərək öldürdü - Bakıda

!Reklam – Yazi

Bakıda qadın bir yaşlı övladını yeməyinə zəhər qataraq öldürüb.

Bu barədə Yenicag.az-a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, sentyabrın 9-da Suraxanı rayonu Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nərgiz Bağıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir

www.yenicag.az

288
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv