!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dəhşətli virus can almağa davam edir – Ölənlərin sayı 979-a çatdı

!Reklam – Yazi

Konqo Demokratik Respublikasında “Ebola” dəhşəti davam edir.

Yenicag.az xəbər verir ki, ötən ilin iyul ayından bu yana ölənlərin sayı 979 nəfərə çatıb.

Konqo Demokratik Respublikasının Səhiyyə Nazirliyindən verilən məlumata görə, son bir ay ərzində 1506 nəfərdə “Ebola” virusu aşkarlanıb.

Virus Kivu və İturi əyalətlərində özünü daha kəskin formada göstərir.

2018-ci ilin 8 avqustundan başlanılan peyvənd kampaniyası çərçivəsində 111 min 920 nəfər peyvənd olunub.

Qeyd edək ki, qanaxma və şiddətli qızdırma verən virusa ilk dəfə 1976-cı ildə Sudan və Konqo Demokratik Respublikasında rast gəlinib.

www.yenicag.az

2586
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv