DƏMİR İPƏK YOLU: "İqtisadiyyatımızın gücü, Türk Dövlətləri Təşkilatının sərhədlərini genişləndirir"

media-hightechnic-468x90

“Təkcə Mərkəzi Asiya və Cənubi Qafqaz üçün yox, bütövlükdə Avrasiya məkanı üçün çox böyük inteqrasiya və əməkdaşlıq platforması formalaşır”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

media-cd29cea6-48cf-3b69-928d-ab0f2be4e01c_850

O, Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasındakı körpü rolunu oynamasının ölkəmizə və ümumilikdə həmin dövlətlərə qazandırdığı dividentlər barəsində fikirlərini səsləndirib.

Deputat bildirib ki, bununla biz ilk növbədə tarixi əlaqələrimizi möhkəmləndirmiş oluruq:

“Eyni zamanda, təkcə Mərkəzi Asiya və Cənubi Qafqaz üçün yox, bütövlükdə Avrasiya məkanı üçün çox böyük inteqrasiya və əməkdaşlıq platforması formalaşır. Bu, geniş iqtisadi və ticarət məkanının yaranması deməkdir.

Mərkəzi Asiya ilə Azərbaycan arasındakı əlaqələrin dərinləşməsi coğrafi baxımdan həm bizə, həm Türkiyəyə, həm də Türk Dövlətləri Təşkilatına daha geniş coğrafiyada fəaliyyət imkanları yaradır. Biz təkcə şərq–qərb istiqamətinə deyil, həm də şimal–cənub istiqamətinə diqqət yetirməliyik. Çünki logistik və nəqliyyat imkanlarının genişlənməsi göstərir ki, şərq–qərb ilə yanaşı, şimal–cənub xətti üzrə də iqtisadi və ticarət əlaqələri əhəmiyyətli dərəcədə artır.

Son vaxtlar Mərkəzi Asiya ölkələri ilə şimal–cənub istiqamətində yük daşımaları artıq 90% artıb. İqtisadi və ticarət əlaqələrinin genişlənməsi təhlükəsizliyin təmin olunmasına da töhfə verir. Harada kapital və ticarət varsa, orada iqtisadi maraqlar həmin məkanın təhlükəsizliyinin təmin edilməsini zəruri edir. İnvestor da, sərmayə də yalnız təhlükəsiz məkanlara yönəlir. Buna görə də böyük coğrafiyada iqtisadi əlaqələrin formalaşması təkcə inkişaf deyil, həm də təhlükəsizliyin güclənməsi deməkdir.

Azərbaycan beynəlxalq layihələri hər bir istiqamətdə uğurla həyata keçirir. Ölkəmizin bu potensialı və imkanları Mərkəzi Asiya ölkələri üçün də mühüm əhəmiyyət daşıyır”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa