Dəniz kənarında iki yeniyetmənin cəsədi tapıldı-Foto

media-hightechnic-468x90

kocaeli-de-dehset--5823887Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Türkiyədə tükürpədən cinayət hadisəsi baş verib. Beləki, dəniz kənarında iki yeniyetmənin meyiti aşkarlanıb. 17 yaşında olan Melisa Kolparın cəsədi sahildəki bir çadırda tapılıb. Məlum olub ki, Melisa ölmədən öncə vəhşicəsinə döyülüb. Onun elə bu səbəbdən öldüyü ehtimal olunur.

Gənc qızın sevgilisi olduğu deyilən Ziya Yağcının cəsədi isə asılmış vəziyyətdə tapılıb. Hadisə şahidləri Yağcının cəsədini aşkar etdikdən sonra polisə xəbər veriblər. Onların ölüm səbəbləri məlum olmasa da, ilkin versiyaya əsasən Ziya Yağcı öncə sevgilisini döyərək öldürüb daha sonra özü intihar edib.

Faktla bağlı araşdırma başlanılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600