Deputat daxili qoşunların hərbçilərinə ev verilməsini təklif etdi

media-hightechnic-468x90

Daxili qoşunlar Silahlı Qüvvələrin tərkib hissəsi sayılsa da, onlara ehtiyata buraxılandan sonra mənzillər verilmir.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Qüdrət Həsənquliyev “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsinin müzakirəsində bildirib.

Qüdrət Həsənquliyev deyib ki, bu ədalətsizlikdir: “Yaxşı olardı ki, bu məsələ daxili qoşunların zabitləri və müddətdən artıq hərbi xidmət edənlər üçün də nəzərdə tutulsun. Bunu qanunvericilik subyekti ilə danışmalıyıq. Digər tərəfdən, yaxşı olardı ki, onlara ev verilməkdənsə, xidmətdən artıq xidmət edən zabitlərə müəyyən məbləğ pul ayrılsın. Hazırda ordu üçün evlər tikilir, amma bəlkə adam orda yaşamaq istəmir, ailəsinə yaxın yerdə ev almaq istəyir? Biz bu məsələni qaldıraq. Eyni zamanda daxili qoşunların komandanına səlahiyyət verilməlidir ki, müddətdən artıq qulluq edən zabitlərlə müqavilələr imzalansın və onun hansı iş gördüyü bilinsin. Bu onların hüquqlarını qorumaq baxımından əhəmiyyətlidir”.

Deputat həmçinin qeyd edib ki, Konstitusiyanın 75-ci maddəsinin 3-cü hissəsi ilə bağlı bir məsələyə toxunmaq istəyir: “Hesab edirəm ki, qanunda bu maddəni də qeyd etməliyik. Yəni ölkədə fövqəladə, hərbi, səfərbərlik vəziyyəti elan olunubsa, ictimai asayişi təmin etmək üçün daxili qoşunlardan istifadə olunsun. Bu maddə yeni qanuna əlavə edilsin. Məsələn, daxildə hansısa iğtişaşlar baş verərsə, Daxili İşlər Nazirliyinin tərkibində çevik polis alayı kifayət etməsə, daxili qoşunlara səlahiyyət verilsin”./apa

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa