Deputat Elnarə Akimovanın təşkilatçılığı ilə “Uşaq ədəbiyyatında ana dili məsələsi” mövzusunda tədbir keçirilib - FOTO

media-hightechnic-468x90

Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimovanın təşkilatçılığı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA ) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə “Uşaq ədəbiyyatında ana dili məsələsi” mövzusunda tədbir keçirilib.

media-banner_tuq

Tədbiri açan AMEA-nın prezidenti İsa Həbibbəyli ana dilinin qorunması ilə uşaq ədəbiyyatının yeni nəslin milli ruhda tərbiyəsində mühüm rolunu vurğulayıb. O bildirib ki, Azərbaycan uşaq ədəbiyyatı XX əsrin əvvəllərində qızıl dövrünü yaşayıb və Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Abdulla Şaiq, Rəşid bəy Əfəndiyev kimi müəlliflərin irsi bu gün də örnəkdir. Sovet dövründə isə Hikmət Ziya, İlyas Tapdıq, Xanımana Əlibəyli, Zahid Xəlil, Ənvər Əlibəyli kimi simalar seçilib. Müstəqillikdən sonra sahədə çətinliklər olsa da, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu uşaq ədəbiyyatının elmi şəkildə inkişafına töhfə verən əsas mərkəzlərdən biri kimi göstərilib.
“Bu gün məsuliyyətlə deyə bilərəm ki, filologiya elmləri doktoru, millət vəkili Elnarə Akimovanın rəhbərlik etdiyi Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsi ölkəmizdə bu sahəyə mühüm töhfə verir və bu sahəni elmi cəhətdən koordinasiya edən bir mərkəzə çevrilib. Bu gün Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu uşaq ədəbiyyatı ilə bağlı məsələlərin elmi tərəflərini öz üzərinə götürmək gücünə malikdir və bu baxımdan, tədbirin məhz Beynəlxalq Ana Dili Günü ərəfəsində keçirilməsi təsadüfi deyildir”, – deyə akademik İsa Həbibbəyli qeyd edib.
Ana dilinin qorunması, uşaq ədəbiyyatının inkişafı və yeni texnoloji dövrün çağırışları fonunda milli dil şüurunun formalaşdırılması məsələlərinin geniş müzakirə olunduğu tədbirdə vurğulanıb ki, uşaqları müasir terminoloji təfəkkürə hazırlamaq zəruridir və rəqəmsal texnologiyalar, internet və süni intellektlə bağlı mövzular uşaq ədəbiyyatında öz əksini tapmalıdır. Bununla yanaşı, dilin yad terminlərin təsirindən qorunması, ana dilinin ifadə imkanlarının zənginləşdirilməsi əsas prinsip kimi diqqətə çatdırılıb. Qeyd edilib ki, ana dili ədəbiyyatda millilik və dövlətçilik düşüncəsinin əsas dayağıdır və xalqın böyük ədəbiyyatı məhz ana dilində formalaşır.
Tədbirdə çıxış edən Elnarə Akimova Beynəlxalq Ana Dili Gününün AMEAda hər il qeyd olunmasının artıq ənənəyə çevrildiyini bildirib. O vurğulayıb ki, ana dilinin qorunması və inkişaf etdirilməsi istiqamətində dövlət səviyyəsində aparılan siyasət, eləcə də alimlərin və yazıçıların fəaliyyəti milli kimliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Deputat qeyd edib ki, etno-mədəni sistemin yaşadılması üçün ana dili və uşaq ədəbiyyatı aparıcı rol oynayır, bu sahədə uşaqların düzgün istiqamətə yönləndirilməsi isə cəmiyyət qarşısında aktual vəzifədir.

Tanınmış uşaq yazıçısı, professor Zahid Xəlil, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, dosent İlhamə Ağazadə, dosent Gülnar Qəmbərli, müəllim Nigar Vəliyeva və digər iştirakçılar ana dili və uşaq ədəbiyyatının inkişaf istiqamətləri barədə məruzələrlə çıxış ediblər.
Qonaq kimi tədbirə qatılan dəyərli uşaq yazarlarımız Rafiq Yusifoğlu, Qəşəm İsabəyli, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Ibrahim Yusifoğlu, Mina Rəşid və Sevinc Elsevər də uşaq ədəbiyyatının çağdaş problemləri ilə bağlı maraqlı fikirlər səsləndirblər.
Çıxışlarda uşaq ədəbiyyatının gənc nəslin dil və düşüncə tərzinin formalaşmasında mühüm rol oynadığı xüsusi vurğulanıb.
Tədbirin sonunda Suraxanı rayonu Vaqif Mirzəyev adına 281 nömrəli tam orta məktəb şagirdləri ana dilinə və vətənə həsr olunmuş şeirlər səsləndirərək proqramı vətənpərvərlik ruhunda tamamlayıblar.
media-697b6145-f59f-47ad-a394-f06c1be9d9f2 media-df63cbff-8016-4771-b4ca-c7ca49488e3b media-ad5035d4-4d70-4d54-8396-b612bf60e3bd media-0fa83841-0a8b-45e7-8921-c9ac23919ff0 media-d7390d84-da36-483d-9a7b-2bb3a43b7d92 media-8db6958f-1cda-4aef-b8a6-96ae920e5c1f media-056ddaae-863e-46a1-a639-34269a9099f3 media-43fcbf65-7be8-4015-ac2b-acfd476e387d media-ca3b6984-e6d7-4957-8d6b-70310b6cbc6a media-499910b4-2223-461b-b182-064dabfe1269 media-952bce70-a1ac-48b8-b71c-b8e08ed74145 media-fb7fd14e-95c7-4586-9c4b-1ad3aeb17139 media-cd2e453c-3b98-41cc-8200-34c668cfdcbe

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05