Deputat güllələndi

media-hightechnic-468x90

757669_39677Somalinin paytaxtı Moqasişoda “Əş-Şabab” ekstremist qruplaşmasının yaraqlıları dünən ölkə parlamentinin deputatını öldürüblər.

Somali polisindən bildiriblər ki, Abdullahi Kayyad Barre işə getmək üçün evindən çıxanda güllələnib. O, son 6 ildə yaraqlıların öldürdüyü 6-cı deputatdır.

“Əş-Şabab” qruplaşmasının rəhbərliyi hücuma görə məsuliyyəti boynuna alıb. Qruplaşmanın nümayəndəsi Abduləziz Əbu Musab bəyan edib ki, Somali ərazisini xarici ordular işğal etdiyi üçün bütün deputatların öldürülməsi və oğurlanması qanunidir.

Somalidə münaqişə 1990-cı illərin əvvəllərindən davam edir. Hakimiyyətlə qarşıdurmada olan “Əş-Şabab” ölkənin bir sıra vilayətlərinə nəzarət edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600