Deputat nazirin üzünə dedi: "Elm və Təhsil Nazirliyində planlaşdırma sıfır səviyyəsindədir"

media-hightechnic-468x90

“Hər bir millətin gələcəyi elm və təhsillə bağlıdır. Kəndlərdə ən müasir məktəblər tikilib. Amma təhsilimizin keyfiyyəti aşağı düşdükcə, cəmiyyətimizdə cəhalət, xürafat və radikalizm artır”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu fikirləri deputat Musa Qasımlı parlamentin iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.

M.Qasımlı bildirib ki, bu məsələyə təhsilin bütün pillələrində diqqət yetirməliyik: “Elm və təhsil naziri Emin Əmrullayev də burada oturub. Bir neçə il əvvəl Yardımlının Solqard kəndində müasir bir məktəb binası tikildi. 2022-2023-cü ildə məktəb bağlandı. Bu, onu göstərir ki, Elm və Təhsil Nazirliyində planlaşdırma, proqnozlaşdırma sıfır səviyyəsindədir. Dövlətin vəsaiti havaya sovruldu, məktəb bağlandı. Bunu edənlər dövlətin, hökumətin qarşısında cavab verməlidir”./Qafqazinfo/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05