!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputat Ramil Həsən Küçəkənd kəndində seçiciləri ilə görüşdü - FOTOLAR

!Reklam – Yazi

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən 29 sentyabr 2023-cü il tarixində Ucar rayon Şəhid Mübariz Vəliyev adına Küçəkənd kənd tam orta məktəbində Küçəkənd, Ənvər Məmmədxanlı, Çiyni, Türkəci və Pirkənd kəndlərindən olan seçiciləri ilə görüşüb.

Yenicag.az xəbər verir ki, görüşdə vətəndaşlar tərəfindən işsizlik, sosial problemlərin həlli, müalicə, su bulaqlarının artırılması, internet xətlərinin çəkilməsi, elektrik transformatorlarının gücünün artırılması, Küçəkənd kənd orta məktəbinin idman zalının təmiri və idman avadanlıqları ilə təmin olunması, o cümlədən pensiya təyinatı ilə bağlı problemlərin həlli kimi məsələlər ən çox səsləndirilən fikirlərdən olub.

Seçicilərin hər birinin arzu və istəkləri, eyni zamanda qaldırmış olduqları problemlər, vətəndaşların hər bir təklif və tələbi millət vəkili Ramil Həsən tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara ünvanlanması üçün tapşırıqlar verilib. Görüşdə seçicilərdən bir neçə nəfər artıq həllini tapmış məsələlər və göstərilmiş yardımlarla bağlı deputat Ramil Həsənə dərin təşəkkürlərini ifadə etmişdirlər.

Seçicilərlə görüşdə millət vəkili eyni zamanda məktəb şagirdləri ilə də bir araya gəlib. Məktəblilərin oxuması, onların dərs şəraitləri ilə maraqlanıb və təhsillərində uğurlar arzulayıb. Sonda məktəblilər ilə xatirə şəkili çəkilib.

Vətəndaşlarla görüşdən sonra 19 sentyabr 2023-cü ildə antiterror əməliyyatları zamanı Vətən torpaqları uğrunda qəhrəmancasına Şəhid olmuş Ucar şəhər sakini Şəhid Hüseyn Mustafayevin və Bağban kənd sakini Şəhid Allahverdi Səfiyevin ailələrini ziyarət edib. Millət vəkili dövlətimizin, başda Ali Baş Komandanımız cənab İlham Əliyev olmaqla hər zaman bütün şəhid ailələrimizin, qazilərimizin, Vətən Müharibəsi iştirakçılarının yanında olduğunu, bundan sonra da yanlarında olacağına davam edəcəyini və hər bir şəhidin xatirəsi Azərbaycan durduqca daim əziz tutulacağını, hər zaman böyük sevgi ilə yad ediləcəyini vurğulayıb. Bundan sonra da çalışmalarımızda şəhid və qazi ailələrimizə xüsusi diqqət və qayğı göstərilməsinə davam edəcəyini qeyd edib. Şəhid ailələrimiz xüsusi hörmət və ehtiramla millət vəkili Ramil Həsən tərəfindən dinlənilərək qaldırdıqları problemlərin həlli ilə bağlı lazımı tapşırıqlar verilib və qısa müddətdə müvafiq dövlət qurumlarına çatdırılması üçün tədbirlərin görüləcəyi bildirilib.

Onu da qeyd edək ki, deputat Ramil Həsən hər ay seçicilərilə görüşür, mütamadi olaraq əlamətdar günlərdə və bayramlarda müxtəlif aksiyalar keçirərək seçicilərinin yanında olur, onların qaldırdıqları problemlər dinlənilir, həlli üçün qanunauyğun müvafiq addımlar atılır.

 

www.yenicag.az

340
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv