Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Deputatdan “pambıq zəhərlənmələri”nə reaksiya: “Əkib-becərməyi yadırğayıblar...”

“Pambıq tarlalarında ardıcıl zəhərlənmələrin sabotaj olduğunu istisna edirəm”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında son həftələrdə ölkənin müxtəlif rayonlarında pambıqçıların tarlalarda kütləvi zəhərlənməsinə münasibət bildirən deputat Araz Əlizadə deyib.

Deputatın fikrincə, kütləvi zəhərlənmələr müxtəlif səbəblərdən baş verə bilər:

“Mən, əlbəttə, aqrar sahə üzrə mütəxəssis olmadığım üçün, bu xoşagəlməz halların texniki səbəbləri haqqında bir söz deyə bilmərəm. Bu barədə peşəkarlar danışmalıdırlar.

Deyirsiz ki, ötən dövrlərdə başqa-başqa rayonlarda pambıqçıların iş vaxtı tarlada belə ardıcıllıqla zəhərlənmə faktı qeydə alınmayıb. Ancaq ola bilər ki, camaat çoxdandır pambıqçılıqla məşğul olmur deyə, əkib-becərməyi yadırğayıb, kimyəvi preparatları düzgün dozalaşdıra bilmir və bu da zəhərlənmə ilə nəticələnir.

Sabotaj ehtimalına gəldikdə isə, mən bu iddialara ciddi yanaşmıram. Yəni pambıq tarlalarında ardıcıl zəhərlənmələrin sabotaj olduğunu istisna edirəm”.

A.Zeynalov

www.yenicag.az

2208
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100