!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputatın adı hallanan “Lombard” borcu - İş qadını yeni faktlarla danışacaq

!Reklam – Yazi

Azərbaycanda biznesin və sahibkarlığın inkişaf etdirilməsi istiqamətində atılan ardıcıl addımlar, uyğun qanunvericilik bazasının müntəzəm təkmilləşdirilməsi ölkədə özəl sektorun dayanıqlığının təmin olunmasına hesablanıb. Prezident İlham Əliyevin biznesin inkişafına hesablanmış qanunvericilik təşəbbüsləri özlüyündə həm də bu sahədə fəaliyyətə əngəl yaradan bürokratik əngəllərin aradan qaldırılmasını nəzərdə tutur.

Dövlət başçısının bununla bağlı bütün çıxışlarında özəl sektorun fəaliyyətinə yersiz məmur müdaxilələri və əsassız yoxlamaların aparılması halları kəskin pislənilib, belə neqativ tendensiyalara son qoyulması tələb edilib. Bütün bunlara baxmayaraq, Prezidentin mövqeyi ilə ziddiyyət təşkil edən davranışların da şahidi oluruq. İstər dövlət məmurları, istərsə də rəsmi statusu olan müəyyən kateqoriyalı şəxslərin öz səlahiyyətlərindən sui-istifadə halları ilə tez-tez qarşılaşırıq.

İş adamlarına divan tutan məmurlar qarşısındakının qadın və ya kişi olduğuna fərq belə qoymurlar. Azərbaycanda neçə ildən bəri verdiyi pulu geri ala bilməyən iş xanımlarından biri 1 saylı Lombardın sahibi Məlahət Qurbanovadır.

Ötən ilin əvvəllərində ölkədə ciddi əks-səda yaradan müraciətləri ilə tanınan Məlahət Qurbanovanın pullarını Mirəhməd Seyidov adlı dələduzun aldığı bildirilirdi. Məsələ ondadır ki, Mirəhməd Seyidov özünü Azərbaycanın oliqarx deputatlarından birinin adamı kimi təqdim etmişdi və həmin dələduzun o deputatın şəriki olduğu vurğulanırdı. Ancaq nədənsə, bir müddət sonra məsələ unuduldu və Məlahət Qurbanovanın müraciətlərinin nəticəsi qaranlıq qaldı.

Bu günlərdə M.Qurbanova ilə təsadüfən rastlaşan Yeniçağ.Az-ın əməkdaşı xanım biznesmendən bu məsələnin həll olunub-olunmadığını öyrənməyə çalışıb. Əməkdaşımız sualını bitirər-bitirməz M.Qurbanovanın əsəbi reaksiyasına tuş gəlib:

“Hələ heç nə həll olunmayıb, bir dəyişiklik yoxdur”.

Mətbuata açıqlama vermək istəməyən “Lombard” sahibi əlavə edib ki, yaxın günlərdə bir yenilik olmasa, bu barədə mətbuata sənədlər təqdim edəcək.

Yeniçağ.Az

www.yenicag.az

941
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv