!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Deputatlar nə etməlidir? Orduda vuruşmalıdır?” - Millət vəkilindən Hafiz Hacıyevə sərt ETİRAZ

!Reklam – Yazi

“Deputatlar mövcud vəziyyətlə bağlı Fransaya, Rusiyaya müraciətlər edir”.

Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin “Xankəndidə ermənilər at oynadır, milyarder Vardanyan orada özü üçün “Artsax respublikası” elan edir. Milli Məclisdə oturanlar “Bunu elan edək, onu elan edək” deyir. Daha vacib işlərlə məşğul olsunlar!” – sözlərinə münasibət bildirən Milli Məclisin deputatı Aqil Abbas Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Milli Məclisdə belə məsələlər tez-tez qaldırılır:

“Bu məsələ dövlətin işidir. Ali Baş Komandan İlham Əliyev “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” deyib. Azərbaycan ordusu öz işini görəcək. Milli Məclisin deputatları nə etməlidir? Deputatlar mövcud vəziyyətlə bağlı Fransaya, Rusiyaya müraciətlər edir. Məsələnin həll olunmadığı təqdirdə, Azərbaycan ordusu hərəkətə keçəcək. Milli Məclisin deputatı orduda vuruşmalıdır? Lazım olsa vuruşarıq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

524
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv