Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Deputatlar özlərini xalqın qarşısında hesabatlı bilmirlər" - Tural Abbaslı

Reklam: Sinerji Pro

“Azərbaycan reallığında qərarı Tarif Şurasının verməsi daha praqmatikdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında tez-tez səsləndirilən Tarif Şurasının ləğv edilərək səlahiyyətlərinin parlamentə verilməsi fikirlərinə münasibət bildirən AĞ Partiyanın sədri Tural Abbaslı deyib.

Tural Abbaslı Tarif Şurasının səlahiyyətlərinin xalq tərəfindən seçilməyən deputatlardan ibarət parlamentə verilməsinin heç bir şeyi dəyişməyəcəyini bildirib:

“Bu təklif normal ölkələrdə pozitiv təklif kimi qiymətləndirilə bilərdi. Bilirsiniz, Tarif Şurasının üzvləri nazir müavinləridir, təyin ediliblər. Onların insanların yaşayışına birbaşa təsir edəcək qərarları verməsindənsə, xalqın səsi ilə parlamentdə təmsil hüququ verdiyi deputatların qərarları verməsi daha məqsədəuyğun olardı. Deputatlar xalqın vəziyyətindən daha çox məlumatlıdırlar və daha peşəkar qərarlar verə bilərlər. Çünki daha çox informasiyaya malikdirlər, nəinki xalqdan bixəbər nazir və nazir müavinləri.

Amma təəssüflə qeyd etməliyik ki, elə parlamentdəkilər də Tarif Şurasındakıların tayıdır. Eyni mexanizmdir, onların da xalqdan xəbərləri yoxdur, onlar da parlamentdə xalqın səsi ilə oturmayıblar. Özlərini xalq qarşısında hesabatlı bilmirlər. Dəyişən heç nə olmayacaq.

Hə, əgər parlamentdə müxalifət və ya xalqın səsi ilə seçilmiş şəxslər olardısa, təbii ki, o zaman bu təklif normal qarşılanardı. Ona görə də Azərbaycan reallığında qərarı Tarif Şurasının verməsi daha praqmatikdir. Bir var, xalqın təpkisini görən iqtidar 12-13 nazir müavinini yığıb qərarı geri oxutsun, bir də var, 120 deputat qərarını geri oxumağa məcbur olsun. Sistem dəyişmədikcə heç bir mənası yoxdur”.

Aqil Bəkir

www.yenicag.az

399
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100