Deputatlar spikerə müraciət etdilər - Bu tarixdə xüsusi iclas keçiriləcək

media-hightechnic-468x90

Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin 2-ci hissəsinə əsasən, Milli Məclisin deputatları parlamentin növbədənkənar sessiyasının çağırılması barədə spiker Sahibə Qafarovaya müraciət ediblər.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Milli Məclisin sədri Sahibə Qafarova müraciəti nəzərə alaraq, Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, sentyabrın 9-da Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclas keçiriləcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05