!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputatlar Vahid Əhmədovu sərt tənqid etdilər

!Reklam – Yazi

Deputat Vahid Əhmədovun bir neçə gün əvvəl internet televiziyalarından birinə verdiyi müsahibə zamanı deputatlarla bağlı səsləndirdiyi fikirlər Milli Məclisin bu gün keçirilən iclasında sərt tənqid olunub.

Yenicag.az-ın məlumatına görə, Deputat Fəzail Ağamalı bildirib ki, bu yaxınlarda həmkarımız Vahid Əhmədov mətbuatda xoşagəlməz müsahibə ilə çıxış etdi.

“Blogerin suallarının təsiri altına düşən həmkarımız dövlətin həyata keçirmiş olduğu fundamental məsələlər şübhə toxumu səpməyə çalışdı. Məni narahat edən millət vəkilinin Azərbaycan dövlətçiliyinə təhdiləri, qərəzli münasibətləridir”, – deyə deputat bildirib.

O qeyd edib ki, Vahid Əhmədov Azərbaycanın sosial siyasətinə kölgə salır. “Bunu ən müxtəlif tezislərlə əsaslandırmağa çalışır. Belə çıxır ki, Azərbaycanda uzun illərdən bəri həyata keçirilmiş sosial siyasət heç bir nəticə verməyib. Azərbaycanda korrupsiyanın və kölgə iqtisadiyyatının tör-töküntülərinin qalmasını sistemin üzərinə yönəltməyin özü acı təəssüf doğurur. O söyləyir ki, əgər imkan yaradılsa, Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının xalqın etimadını qazanmaq imkanları var. Digər partiyalarda bu imkanları görmədiyini deyir. Hansı haqla?”,- deyə deputat əlavə edib.

Deputat Kamran Bayramov bildirib ki, Vahid Əhmədovun müsahibə zamanı səsləndirdiyi ifadələr hiddət doğurur. “Bu fikirləri Vahid müəllimə yaraşdırmadım. Vahid müəllim Azərbaycanda keçirilən demokratik seçkiləri şübhə altına alır. Əgər onun əlində faktları varsa qoy təqdim etsin, ancaq edə bilmirsə onun bu cür fikirlər səsləndirməsi əsassızdır. Onun fikirləri deputatların nüfuzuna xələl gətirir”, – deyə deputat bildirib.

Deputat Elşən Musayev qeyd edib ki, Vahid Əhmədovun fikirləri qərəzli xarakter daşıyır. “Bu insan töhmətə layiqdir. Xahiş edirəm Milli Məclisin İntizam komissiyasında bu məsələyə baxılsın”, – deyə deputat vurğulayıb.

Digər deputatlar da Vahid Əhmədovun fikirlərini sərt tənqid edib. Bildirilib ki, Vahid Əhmədovun fikirləri xarici qüvvələrin dəyirmanına su tökməkdir.

www.yenicag.az

248
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv