Deputatlara QALSA: “Şirvanşahlar Sarayı, Qız qalasını kafe-restoran, digər tarixi abidələri də dönərxana edərlər”

media-hightechnic-468x90

“Deputatlara qalsa, təklif edərlər ki, Şirvanşahlar Sarayını restoran, Qız qalasını kafe, digər tarixi abidələri də dönərxana edək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı bildirib.

O, Milli Məclisin plenar iclasında deputat Səyyad Salahlının tarixi abidələrlə bağlı irəli sürdüyü təklifi dəyərləndirib:

“Səyyad Salahlının bu təklifi onun siyasətdən, dünyadan, dövlət idarəçiliyindən, mədəni, tarixi, irsi anlayışından nə qədər aralı olduğunun göstəricisidir. Mümkündür ki, ona oliqarxlar belə bir təklif veriblər ki, bu tarixi abidələri verin, biz işlədək, həm restoran açaq, həm də oraya nəzarət edək. Əks halda özünə hörmət edən heç bir dövlət tarixi abidələri, xalqın tarixi mirasını və gələcək nəsillərə ötürməli olduğu tarixi iş adamlarına verib restoran-kababxana eləməz. Mən bu təklifə təəssüf hissi keçirdim və çox təəssüflə qeyd etmək istəyirəm ki, bu təklif kababxana zehniyyətinin təklifidir və Sahibə xanımın da cavabı tam yerində oldu, ürəyimizdən xəbər verdi. Sadəcə olaraq biabırçılıq, başqa heç nə”.

Partiya sədri deputatların iclaslarda danışılacaq mövzuları öz aralarında müzakirə etməməyini düşünərək tənqid edib:

“Mənə maraqlıdır ki, deputat qrupu olaraq onlar öz aralarında məsləhətləşmirlərmi ki, parlamentdə qanun layihələri necə olacaq, kim nə deyəcək, yoxsa kimin ağlına nə gəldi danışır? Bunlardan olsa, təklif edərlər ki, Şirvanşahlar Sarayını restoran, Qız qalasını kafe, digər tarixi abidələri də dönərxana edək”.

Nurlan Cəfəri

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600