!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dərnəgül" metrostansiyası yaxınlığında yanğın - VİDEO / YENİLƏNDİ 2

!Reklam – Yazi

Bakı şəhəri, Binəqədi rayonunda Ağac Emalı Zavodunun (hazırda fəaliyyət göstərmir) ərazisində 900 m² sahədə məişət tullantıları və yararsız təkərlər, 3 ədəd ağac və yaxınlıqda ümumi sahəsi 8 m² olan külafirənginin yanar konstruksiyaları yanıb.

Yenicag.az bu barədə FHN-ə istinadən xəbər verir.

Yaxınlıqdakı evlər və digər tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

*** 17:55

 

Bakı şəhəri, Binəqədi rayonu, 7 mikrorayon ərazisində (“Dərnəgül” metrostansiyası yaxınlığı) baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yenicag.az bu barədə FHN-ə istinadən xəbər verir.

İlkin məlumata əsasən, Ağac Emalı Zavodunun (hazırda fəaliyyət göstərmir) ərazisində təqribən 500 m² sahədə quru ot, məişət və təkər tullantıları yanıb.

Əlavə məlumat veriləcək.

 

*** 15:55

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda “Dərnəgül” metrostansiyası yaxınlığında yanğın olması barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yenicag.az FHN-in saytına istinadən xəbər verir ki, ilkin məlumata əsasən, təkər tullantıları yanır. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

www.yenicag.az

685
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv